Premyer Liqa: “Qarabağ” klubu səfərdə “Sabah”a məğlub olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura iki oyunla yekun vurulub.

Günün ilk matçında “Şamaxı” klubu “Sumqayıt”ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda hesab açılamyıb – 0:0.

Hesabında 22 xal olan “Şamaxı” turnir cədvəlində doqquzuncu, “Sumqayıt” isə 25 xalla səkkizinci pillədə yer alıb.

Turun son oyununda “Qarabağ” komandası “Sabah”ın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “Sabah” 2:1 hesablı qələbə qazanıb. Bakı təmsilçisinin heyətində Coy Lens Mikles dubl edib. “Qarabağ”ın heyətində isə penaltidən Riçard Almeyda fərqlənib.

Avrokuboklara vəsiqəni təmin edən hər iki komanda turnir cədvəlində ilk iki pillədə yer alıblar. Ağdam təmsilçisi 77 xalla birinci, “Sabah” isə 68 xalla ikincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" səfərdə "Neftçi"yə 2:1, "Kəpəz" Qəbələdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" isə Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib.

Xəbər 117 dəfə oxundu.