Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub.

Bağlanış oyununda "Zirvə Astara" klubu "Olimpik Şəki"ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən oyun “Zirvə”nin 92:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (27 xal, 9 asist) olublar.

Qeyd edək ki, XXVI turdan sonra “Zirvə Astara” 32 xalla yeddinci, “Olimpik Şəki” isə 28 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb.

Xəbər 138 dəfə oxundu.