Rivaldo gəncləri xəbərdar etdi
Braziliyalı futbol əfsanəsi Rivaldo ölkəsinin gənc ulduzlarını tezliklə Avropaya yol tutmağa çağırıb. Rivaldoya görə, Braziliyanın ölkəsində təşkil ediləcək 2014-cü il dünya çempionatında uğur qazanması üçün Neymar kimi oyunçuların mütləq Avropada təcrübə qazanmaları lazımdır.

Braziliyanın 2014-cü il mundialında əsasını Neymar, Qanso, Lucas, Oskar və Leandro kimi oyunçular təşkil edəcək. Bu oyunçulardan yalnız Oskar Avropaya yol tutub. Gənc oyunçu «Çelsi»də özünü göstərəyə çalışır.
Lukas da Avropa liqalarında qışdan sonra PSJ formasını geyinməyə başlayacaq. Neymar, Qanso və Leandro isə hələ Braziliya liqasında oynayırlar. «Barselona»nın əfsanəvi futbolçularından olmuş Rivaldo xüsusilə klubu «Santos» ilə 2014-cü ilə qədər müqaviləsi olan Neymara cəld tərpənməyi çağırışı edib:

«Neymar Braziliyadan ayrılmalı və təcrübə qazanmaq üçün Avropaya getməlidi. Bunu nə qədər tez etsə, 2014-cü il dünya çempionluğunu qazanmaq şansımız o qədər artar. Dünya çempionatında uğur təcrübəyə ehtiyacımız var. Bu oyunçuların axtardığı təcrübəm də Avropada».

İdman.com.az saytının məlumatına görə, hələ Avropada forma geyinmədən Messi və Ronaldo ilə müqayisə edilən Neymar ilə «Barselona», «Real», «Çelçi» və PSJ kimi klublar yaxından maraqlanır.


Xəbər 1144 dəfə oxundu.