Stefano Domenikali: Formula 1 Afrika Qran-Prisinə dönmək şansını tədqiq edir
Formula 1-in rəhbəri Stefano Domenikali bildirib ki, çempionat Afrika Qran-Prisinə dönmək şansını tədqiq edir. Bundan başqa seriyanın təqvimi tərtib olunarkən tarixi avtodromların və müasir trasların perspektivləri nəzərə alınacaq.

“Motorsport Week” nəşri Stefano Domenikalinin bu sözlərini sitat gətirir: “Cari təqvimi mən kifayət qədər yaxşı dəyərləndirərdim və deyərdim ki, 24 mərhələ - düzgün saydır, qitələrin növbələşdirilməsi də yaxşı görünür. Sirr deyil ki, Formula 1 Afrika Qran-Prisinə dönmək şansını ətraflı öyrənir, çünki bu, seriyamızda çatışmayan yeganə qitədir.

Traslara gəldikdə, fikrimcə, hazırda bütün avtodromların sahibləri başa düşürlər ki, biz heç bir oyun oynamır, heç nəyi gizlətmirik, əgər onlar təqvimdə yer almaq istəyirlərsə, o halda həm Formula 1, həm də onlar üçün düzgün hesab etdiyimiz şərtlərə əməl etməlidirlər. Trasda 100 il ərzində yürüş keçirilməsinə görə təkəbbürlü olmaq və sənin zəmanətli gələcəyinin olmasına inanmaq lazım deyil. Çünki bu gün tarix yetərli deyil”.

Xatırladaq ki, Cənubi Afrika Qran-Prisi CAR-ın Midrand şəhərində yerləşən Kyalami trasında 1976-1985-ci illərdə keçirilib. Daha sonra ölkədəki irqçilik rejiminə qarşı etiraz əlaməti olaraq ləğv olunub. Qran-Pri 1992-ci və 1993-cü illərdə qayıdıb və bu tarixdə Afrika sonuncu dəfə Qran-Priyə ev sahibliyi edib. Yürüşün qalibi fransalı Alen Prost olub.

Xəbər 135 dəfə oxundu.