F1 mərhələsinə üç həftə qalmış Mayami trasını su basıb
2022-ci ildə Formula 1-də Mayami Qran-Prisinin debütü olub. Yürüşlər bu şəhərin “Hard Rock” stadionunun ətrafındakı infrastruktura daxil olan Beynəlxalq avtodromun konfiqurasiyasında keçirilib. Cari mövsümdə uik-endin mayın 5-7-də keçirilməsi nəzərdə tutulur, lakin dünya çempionatının bu mərhələsinə cəmi üç həftə qalmış Mayami trasında ciddi subasma olub.

“Reddit” istifadəçisi forumda trasda suyun səviyyəsini göstərən fotoşəkil paylaşıb. Güclü leysan yağışları nəticəsində şəhər su xəttində yaranmış problemlər ucbatından insanlar dizədək suyun içində gəzirlər. Florida ştatında yağıntıların miqdarı xeyli artıb, bəzi rayonlarda isə bir neçə hündür ki, leysan yağışları ara vermir. Mayami şəhəri də təbii fəlakətin təsirinə məruz qalıb.

Leysan yağışları nəticəsində əmələ gələn daşqınlar bir sıra yolların, o cümlədən Formula 1 trasının suyun altında qalmasına səbəb olub. “Local 10” nəşrinin məlumatına görə, yerli hakimiyyət orqanları sel və daşqınların nəticələrini aradan qaldırmağa, habelə trası yağışların gətirdiyi palçıqdan təmizləməyə çalışır. Bundan başqa, avtodromun örtüyünün vəziyyətini də qiymətləndirmək, lazım gəldikdə, dağılmış hissələri təmir etmək zərurəti yaranıb.

Xəbər 141 dəfə oxundu.