Azərbaycan Prezidenti İlham Əliyev UEFA-nın prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.

Görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilib, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulanıb.

AzərTAc

Xəbər 2648 dəfə oxundu.