Qana millisi Dünya Kubokunda 3-cü oldu
Sentyabrın 22-də start götürmüş 17 yaşadək qızlar arasında Dünya Kubokuna bu gün yekun vurulacaq. İdman.com.az saytının məlumatına görə, öncə saat 17:00-da 3-cü yer uğrunda matç keçirilib. Adı çəkilən matçda Almaniya və Qana komandaları üz-üzə gəliblər.

Artıq bir dəfə dünya çempionatının bürünc medalını boyunundan asan Almaniya seçməsi bunu 2-ci dəfə etməyə çalışsa da, yekunda bacarmayıb. Rəqib Qana tarixində ilk dəfə ugur qazanıb. Baxmayaraq ki, Afrika təmsilçisi oyunun gedişində azlıqdı qalmışdı. Görüşün taleyini 38-ci dəqiqədə Priskilla Okyere həll edib - 1:0.

Xəbər 884 dəfə oxundu.