BBA basketbol komandası Azərbaycan kuboku yarışlarının qalibi olub
"Sərhədçi" İdman Mərkəzində qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib.

Həlledici matçda BBA və “AZE U-16” komandaları üz-üzə gəliblər. Son topadək davam edən mübarizənin yekununda 51:48 hesablı qələbə qazanan BBA komandası qadınlar arasında ilk dəfə keçirilən Azərbaycan kuboku yarışlarının qalibi olub.

Xəbər 134 dəfə oxundu.