NTD komandası Azərbaycan Basketbol Liqasının vahid lideridir
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XXV turu çərçivəsində növbəti oyun keçirilib.

“AAAF Xırdalan” komandası NTD ilə üz-üzə gəlib. Oyuna üstün başlayan NTD komandası gərgin idman mübarizəsinin sonunda rəqibi üzərində 102:95 hesabı ilə qələbə qazanaraq, çempionatın vahid lideri olub.

Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Devin Pullum (29 xal, 10 asist), NTD-dən isə Brayson Robinson (34 xal, 11 ribaund) olub.

Xəbər 140 dəfə oxundu.