«Elazığspor»da Vural dövrü
Türkiyə Superliqasına yeni gələrək son pillədən qurtula bilməyən «Elazığspor»da Bülent Uyğundan boşalan baş məşqçi vəzifəsinə Yılmaz Vuralın gətirilib.

Klubun rəsmi internet saytından idarə heyətinin adından verilən yazılı şərhdə bu xəbər deyilir. Şərhdə «Hörmətli Vural ilə hər mövzuda razılaşma təmin edilib və baş məşqçimiz olmasına qərar verilib.

Yeni məşqçimizin klubumuza xeyirli olmasını xahiş edir, hörmətli Yılmaz Vurala vəzifəsində uğurlarlar diləyirik» ifadələri yer alıb.

İdman.com.az saytının məlumatına görə, Bülənd Uyğun «Elazığspor»un sükanından bir gün əvvəl istefa vermişdi.

Xəbər 865 dəfə oxundu.