Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub | |
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-Pri turnirində gümüş medal qazanıb. Təmsilçimiz çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb. Turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparır. Yarışa aprelin 9-da yekun vurulacaq. |
|
Xəbər 122 dəfə oxundu. |
|
|