İtaliyanın maliyyə polisi üç futbol klubu ilə bağlı araşdırmaya başlayıb
Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan 3 klubun ofislərində axtarış aparılıb.

İtaliyanın maliyyə polisi “Roma”, “Latsio” və “Salernitana” klubları ilə bağlı araşdırmaya başlayıb.

Klubların 2017-2021-ci illər aralığındakı transferlər zamanı qaydalara zidd davrandığı ehtimal olunur. Bu üzdən də hakimiyyət orqanları hazırda onların maliyyə hesabatlarını incələyir.

Xatırladaq ki, daha öncə “Yuventus”la bağlı aparılan oxşar araşdırmaların yekununda Turin təmsilçisinin qanun pozuntularına yol verdiyi müəyyən edilmiş və kluba sərt cəzalar tətbiq olunmuşdu. Belə ki, sözügedən komandanın bu mövsüm A Seriyasında 15 xalı silinib

Xəbər 189 dəfə oxundu.