“Qəbələ” – “Zirə” matçı ilə Premyer Liqada XXIX tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Turun açılış oyununda “Qəbələ” komandası “Zirə”ni qəbul edəcək. Hazırda “Qəbələ” 36 xalla turnir cədvəlində beşinci, Bakı təmsilçisi isə 38 xalla dördüncü pillədə qərarlaşıb.

Saat 17:00-da başlayacaq matçı Tural Qurbanov idarə edəcək.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək.

Xəbər 170 dəfə oxundu.