Səudiyyə Ərəbistanı Jose Mourinyoya fantastik məbləğ təklif edib
Portuqaliyalı məşqçi Jose Mourinyo dünyanın ən “bahalı” texniki direktoru ola bilər. O, Səudiyyə Ərəbistanından 100 milyon funt sterlinqlik təklif alıb.

Səudiyyə Ərəbistanının futbol yığması ilə yanaşı, portuqaliyalı məşqçini Kriştianu Ronaldunun oynadığı “Ən-Nassr” klubu da almaq istəyir. Jose Mourinyo iki il müddətinə kontraktı imzalayacağı təqdirdə mövsümün sonunda istefaya gedəcək bu klubun baş məşqçisi Rudi Qarsianı əvəz edəcək.

Hazırda İtaliyanın “Roma” klubunun baş məşqçisi olan Mourinyo dünya mətbuatında çıxan xəbərlərə münasibət bildirməyib. Bununla belə, italyan mediası onun gələn ilin yanvarında portuqaliyalı forvard Ronalduya qoşulacağı və “Ən-Nassr” klubuna başçılıq edəcəyini yazır

Xəbər 138 dəfə oxundu.