Cüdoçular üçün antidopinq maarifləndirmə seminarı təşkil olunub
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yeniyetmə qızlardan və gənc qadınlardan ibarət cüdo üzrə Azərbaycan yığma komandalarının üzvləri üçün seminar təşkil olunub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Antidopinq maarifləndirmə seminarı zamanı idmançılara və məşqçilərə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

İdmançılar, həmçinin seminar zamanı öz antidopinq biliklərini də yoxlayıblar.

Xəbər 153 dəfə oxundu.