Viktoriya Bekhem 5-ci dəfə ana olmağa hazırlaşır
Futbol ulduzlarının bəziləri tək yaşıl meydanda deyil, şəxsi həyatda məhsuldar olmağa çalışırlar. İdman.com.az saytının məlumatına görə, MLS-də top qovan Devid Bekhemin xanımı Viktoriya artıq 5-ci dəfədi ki, hamilədir. 37 yaşlı pop-ulduz vəziyyəti ilə bağlı siqaret çəkməyi, içki içməyi tərgidib, qidalanmasına fikir verir və ümumiyyətlə, sağlam həyat tərzinə keçib. Viktoriya vizual cəhətdən də dəyişib – qarnının böyüməsi göz qabağındadır.

Ailənin başçısı dəfələrlə deyib ki, yenə uşaq istəyir, belə daha şəndir. Vətənə son səfər zamanı da ailə bildirmişdi ki, uşaq əmələ gətirmək onların xoşuna gəlir. Son vəziyyət də göstərir ki, Bekhemlər yalan danışmağı sevmirlər.
İngiltərə yığmasının indiki lideri Ueyn Runi də meydan fəallığı ilə kifayətlənmir. «Mançester Yunayted»li futbolçunun xanımı Kolin Twitterdə bildirib ki, gələn ilin mayında Ueynin qanının ikinci daşıyıcısı dünyaya gələcək. Kolin səhifəsində bu sözləri yazıb: «Səhər oyananda hamiləlik simptomlarını aşkara çıxardıq».

Runi isə hələ ki, bu xəbərə münasibətini açıqlamayıb.
Futbolçunun ilk övladı 2009-cu ilin noyabrında dünyaya gəlib və adını Kay qoyublar. Kay artıq futbol da oynamağa başlayıb.
Bir müddət öncə Lionel Messinin rəfiqəsi də doğum haqqında xəbər yaymışdı. Lakin argentinalı dərhal xəbəri təkzib etmişdi.

Xəbər 1044 dəfə oxundu.