“Real Madrid”in hücumçusu Kərim Benzema ilkə imza atıb
İspaniya La Liqasının XXVII turunun “Valyadolid”lə matçı “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Futbolçu 6:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.

O, 29-cu, 32-ci və 36-cı dəqiqələrdə fərqlənməklə karyerasında ilkə imza atıb. Belə ki, təcrübəli futbolçu ilk dəfə hansısa matçın birinci hissəsində 3 qol vurub.

Benzema həm də Madrid təmsilçisində ardıcıl 11 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib.

Xəbər 142 dəfə oxundu.