Ağcabədidə yeni cüdo zalı istifadəyə verilib
Ağcabədidə Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə “EVO” idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

Mirzə Fətəli Axundzadə adına 3 nömrəli məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb. Cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.

Xəbər 171 dəfə oxundu.