Basketbol Liqası: “Gəncə” ardıcıl dördüncü qələbəsini qazanıb | |
Azərbaycan Basketbol Liqasının XXIII turuna Gəncə Olimpiya İdman Kompleksində yekun vurulub. “Gəncə” doğma azarkeşlər önündə “Zirvə Astara” basketbolçularını qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98:89 hesablı qələbə qazanaraq, play-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər. Bu, “Gəncə”nin ardıcıl dördüncü qələbəsidir. Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən Kollin Törner (34 xal, 11 asist), “Zirvə Astara”dan Darin Conson (24 xal, 4 ribaund) olublar. |
|
Xəbər 199 dəfə oxundu. |
|
|