Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
Bu gün DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Milli komandamızın yer aldığı F qrupunda iki qarşılaşma baş tutacaq.
Qrupun favoritləri – Rusiya və Portuqaliya Moskvada üz-üzə gələcək. “Lujniki” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Qrupun digər oyununda isə Lüksemburq İsraili qəbul edəcək. Bu oyunun start fiti saat 00.00-da çalınacaq.
Qeyd edək ki, millimiz bu gün meydana çıxmayacaq. Komandamız oktyabrın 16-də Moskvada Rusiyanın qonağı olacaq.
DÇ-2014
Seçmə mərhələ
12 oktyabr
20.00 Rusiya – Portuqaliya
Moskva. “Lujniki” stadionu.
00.00 Lüksemburq – İsrail
Route d`Arlon. “Josy Barthel” stadionu.

1 Rusiya 2 2 0 0 6 – 0 6
2 Portuqaliya 2 2 0 0 5 – 1 6
3 Lükemburq 2 0 1 1 2 – 3 1
4 Ş.İrlandiya 2 0 1 1 1 – 3 1
5 Azərbaycan 2 0 1 1 1 – 4 1
6 İsrail 2 0 1 1 1 – 5 1

Xəbər 865 dəfə oxundu.