“Turan Tovuz” və “Sumqayıt”ın futbolçuları Monroviyada üz-üzə gəliblər | |
Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsinin oyunları keçirilir. “Turan Tovuz”un müdafiəçisi Siyanda Xulunun formasını geyindiyi Cənubi Afrika Respublikası (CAR) millisi “Sumqayıt”ın yarımmüdafiəçisi Terrens Tisdellli Liberiya yığması ilə növbəti dəfə üz-üzə gəlib. Komandalar dörd gün əvvəl Yohannesburqda qalibi müəyyənləşdirə bilməmişdilər – 2:2. Monroviyadakı qarşılaşmada isə CAR yığması 2:1 hesablı qələbəyə sevinib. Azərbaycanda çıxış edən futbolçuların hər ikisi bu oyuna start heyətdə başlayıb. Siyanda 90 dəqiqə meydanda qalıbsa, Terrens fasilədə əvəzlənib. Cənubi Afrika yığması hazırda yer aldığı K qrupunda 4 xalla ikinci, 1 xalı olan Liberiya isə üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 175 dəfə oxundu. |
|
|