“Qalatasaray”ın sol cinahında problemlər daha da böyüyür
“Qalatasaray”ın sol cinahında problemlər daha da böyüyür. Hakan Baltadan sonra Albert Riera da zədəlilər sıeasına qatılıb. Hakan Balta dünən müayinədə olduğundan məşqlərə qatılmayıb. Riera isə müayinədən sonra məşqlərini kiçik zalda davam etdirib.
Qeyd edək ki, “Qalatasaray” bugün Bakı vaxt ilə saat 17:30-da Rumıniyanın “Petrolul” klubu ilə yoldaşlıq matçı keçirəcək.

Xəbər 807 dəfə oxundu.