Bu gün FİFA və Yerli Təşkilat Komitəsinin bağlanış mətbuat konfransı keçirilib
Azərbaycanda 17 yaşadək qızlar arasında təşkil olunan dünya çempionatı ilə əlaqədar bu gün FİFA və Yerli Təşkilat Komitəsinin bağlanış mətbuat konfransı keçirilib. Yerli Təşkilat Komitəsinin stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov öncə təəssüratlarını bölüşüb: “Dünya çempionatının keçirilməyi ilə bağlı Azərbaycan göstərilə etimada göstərə görə FİFA-ya minnətdarlıq edirik. İnanırıq ki, qadın futbolunda mühüm addım atdıq. İnfrastrukturu yaxşılaşdırdıq, böyük təcrübə qazandıq. Əminliklə deyə bilərik ki, futbol üzrə böyük turnir keçirməyə və bunu sübut etməyə hazırıq”.

Məmmədov Lənkəran stadionunda yaşanan problemə də toxunub: “Lənkəranda turnirin gedişi zamanı aparılan səhv işlər qazonu pis vəziyyətə saldı. Biz buna dərhal reaksiya verdik. FİFA qərar verdi ki, oyunlar Lənkəranda yox, Bakıda keçirilsin”.

Xəbər 978 dəfə oxundu.