“İqtisadçı”nın daha bir voleybolçusu özünə yeni komanda tapıb
“İqtisadçı”nın daha bir voleybolçusu özünə yeni komanda tapıb. Son 2 ili Azərbaycan Super Liqasında keçirən xorvatiyalı İliyana Duqandjiç karyerasını İtaliyada davam etdirəcək. O, “Urbino” komandası ilə 1 illik razılığa gəlib.

Ondan öncə isə Bakı təmsilçisi Tayyubu Xaneef-Park (ABŞ), Kenni Pino (Kolumbiya), Kristina Fernanda Ferreyra, Veronika Brito (hər ikisi Braziliya), Stefanya Sansonna (İtaliya), Lora Kitipova (Bolqarıstan), Marina Katiç (Xorvatiya), Elina Abbasova (Azərbaycan) və Kristina Pastulovanı (Çexiya) yola salmışdı.

Qeyd edək ki, “İqtisadçı” yeni mövsüm üçün həmyerlimiz İndira Abdullayeva, tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Nutsara Tomkom, Vanna Buakeva, braziliyalı Karol Qattaz və amerikalı Nansi Metkalfıa müqavilə imzalayıb.

Xəbər 1019 dəfə oxundu.