Samboçularımız dünya çempionatında yarışacaqlar
Sabah Bolqarıstan paytaxtı Sofiyada yeniyetmələr və gənclər samboçular arasında dünya dirinciliyi start veriləcək. İdman.com.az saytının məlumatına görə, yeniyetmələrin yarışında ölkəmizi 10 idmançı təmsil edəcək. Bunlar Rəşad Muradov (48 kq), Mehman Xəlilov (52 kq), Bəhruz Rəcəbov (56 kq), Orxan Qarayev (60 kq), Müşviq Mikayılov (65 kq), Xaliq Niftəliyev (70 kq), Fərid Hümbətli (74 kq), Şirin Cavadzadə (81 kq), Ziya Qismətli (87 kq), Zaur Abdullayevdir (+87 kq).

Gənclərin rəqabətində Hüseyn Eyvazzadə (52 kq), Heydər Həşimov (57 kq), Fərid Mikayılov (62 kq), Fərhad Gurbanov (68 kq), Fəqan Əliyev (74 kq), Fazil İsayev (82 kq), Toğrul Verdiyev (100 kq), Abidulla Rəsulov (+100 kq) mübarizə aparacaqlar.

İdmançılarımız Bolqarıstan paytaxtına Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazovun rəhbərliyi ilə yollanıblar. Yarışlara oktyabrın 15-də yekun vurulacaq.

Xəbər 1752 dəfə oxundu.