4 klub Azərbaycan Kubokundan imtina etdi
Azərbaycan kubokunun 2012/13 mövsümünün püşkatma mərasiminin keçirilmə vaxtı müəyyənləşib. Sabah baş tutacaq tədbir AFFA-nın inzibati binasında saat 16:00-da başlayacaq.

Bu dəfə yarışda 21 komanda iştirak edəcək. Bunlardan 12-si Topaz Premyer Liqasını, qalan 9-u isə I Divizionu təmsil edir.

Belə ki, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”la yanaşı, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala” klubları da mükafat uğrunda mübarizəyə qoşulacaq.

Digər aşağı dəstə təmsilçiləri “Energetik”, “Şəmkir”, “Göyəzən” və “”Şahdağ” isə yarışa qatılmaqdan imtina ediblər.

Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

Qeyd edək ki, 1/16 final mərhələsində 10 komanda mübarizə aparacaq. 5 qalib və ilk mərhələdən azad 11 komanda 1/8 finalda mübarizəni davam etdirəcək.

Xəbər 940 dəfə oxundu.