Joze Alesio səhvini etiraf etdi
“Biz oyuna yaxşı başladıq. Birinci hissədə üç qol vurmağa nail olduq. Fasiləyə də komfortlu nəticə ilə yollanmışdıq”. Bu sözləri UEFA Kubokunun elit raundu çərçivəsində Sloveniyanın “Litija” klubuna 3:5 hesabı ilə yenilən “Araz”ın baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı çalışdırıcı taktiki dəyişikliklərin özünü doğrultmağını bildirib: “kinci hissədə isə bəzi taktiki dəyişikliklərə əl atdıq ki, bu da özünü doğrultmadı. Təəssüf ki, rəqibi saxlaya bilmədik. Onlar ikinci hissədə çox yaxşı oynadılar”.

Xəbər 790 dəfə oxundu.