Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda II turun oyunları keçiriləcək
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda II turun oyunları keçiriləcək. Avropanın 16 ən güclü klubu arasında yer alaraq “Dördlər finalı”na vəsiqələr uğrunda mübarizəyə aparan Azərbaycan çempionu “Araz” həlledici oyuna çıxacaq.

Belə ki, Naxçıvan təmsilçisi qrupumuzun aşkar favoriti “Barselona”ya mütləq məğlub etməlidir. Təbii ki, rəqib güclü, turnirin son qalibi olsa da, “Araz”ın başqa yolu yoxdur. Çünki komandamız ilk oyunda uduzaraq, işinə çətinə salıb, “Barsa” isə elit-raunda 18:0 hesablı qələbə ilə başlayıb.

Turnirin reqlamentinə görə, yalnız qrup qalibləri “Dördlər finalı”na çıxdığından, bu, şəxsi oyunda üstüblük qazanmaq baxımından bizim üçün son şansdır. Ötən elit-raundda da bir qrupa düşən “Araz”la “Barselona”nın dueli 2:2 hesabı ilə nəticələnmişdi.

11 oktyabr
21:00. “Araz” – “Barselona”

Xəbər 934 dəfə oxundu.