Azərbaycan çempionu üçün əlamətdar oyun
Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun elit-raundunun II turunda “Barselona” ilə bugünkü oyunu əlamətdar olacaq. Bakı vaxtilə saat 21:00-da başlayacaq matç Naxçıvan klubunun avrokuboklarda keçirəcəyi yubiley - 40-cı oyunu olacaq.

İndiyədək Joze Alesio da Silvanın yetirmələri qitə miqyaslı turnirdə 39 oyuna çıxıb. Bunların 20-də qələbə qazanıb, 7-də heç-heçə edən komandamız 12 oyunda meydanı başıaşağı tərk edib. İndiyədək qitə səhnəsində rəqib qapılarına 154 qol vuran “Araz” 104-ü buraxıb.

Xəbər 995 dəfə oxundu.