Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb | |
Azərbaycan paracüdoçusu Xanım Hüseynova Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb. Turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edəcək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu gün ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) qızıl, Dürsədəf Kərimova (+70 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar. Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub. |
|
Xəbər 305 dəfə oxundu. |
|
|