Futzal UEFA kubokunun elit raundunun oyunlarına start verilib
Futzal UEFA kubokunun elit raundunun oyunlarına start verilib. 3 qrupda 6 qarşılaşma baş tutub.

İspaniya, Slovenya və Serbiyada keçirilən matçlarda ən böyükhesablı qələbə Azərbaycan təmsilçisi “Araz”ın da iştirak etdiyi A qrupunda qeydə alınıb. Belə ki, “Barselona” “Split”i 18:0 hesabı ilə məğlub edib. Daha bir maraqlı məqam qrup oyunlarına ev sahibliyi edən “Mursiya”, “Litija” və “Ekonomak”ın öz rəqiblərinə qalib gəlmələridir.

A qrupu
“Barselona” – “Split” 18:0
“Litija” – “Araz” 5:3

B qrupu
“Ekonomak” – “Xrudim” 4:1
“Kayrat” – “Slov-Matik”

C qrupu
“Dinamo” Moskva – “Nikars” 7:2
“Mursiya” – “Energiya” 8:3

Qeyd edək ki, D qrupunun oyunları bu gün Gürcüstanda baş tutacaq.

Xəbər 1011 dəfə oxundu.