“Zirə” klubu Nemanya Andelkoviçi geri qaytarıb
“Zirə” klubu qış fasiləsində komandadan ayrılan futbolçu Nemanya Andelkoviçi geri qaytarıb.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Serbiyalı müdafiəçi mövsümün sonunadək “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, “Zirə” yanvarda oyunçu ilə qarşılıqlı razılaşma ilə yolları ayırmışdı. N.Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də oynayır.

Xəbər 154 dəfə oxundu.