““İdman ili”ndə futbolumuzda da böyük inkişaf oldu”
“Mükafatlandırma mərasimi Azərbaycanda idman tədbirləri ilə əlaqədar gecikib. Bu il “İdman ili”ndə futbolumuzda da böyük inkişaf oldu, əlamətdar il oldu”. İdman.com.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Bu gün Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümü qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən AFFA başçısı futbolumuzun inkişaf yolu tutduğunu bildirib:

“Premyer Liqa çox maraqlı oldu, gözəl nəticələr qeydə alındı. Yeni stadionlar istifadəyə verdik ki, bunların da yeni mövsümün oyunlarının keçirilməsində böyük rolu olacaq. İnanıram ki, bu çempionatda daha gözəl nəticələr əldə edəcəyik və klublarımız bizi sevindirəcəklər.

Futbolumuzda da əlamətdar hadisələr baş verdi. “Neftçi” Avropa Liqasının qruplarına düşdü. Artıq 1 xal var. Bu, böyük uğurdur. Klublarımızın gələcəkdə qarşılarına qoyulan vəzifə qruplara düşməkdir. Bu, minimal vəzifə olmalıdır. İnanıram ki, növbəti mövsüm daha uğurlu olacaq”.

Xəbər 1034 dəfə oxundu.