Argentinanın çalışdırıcısı Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib
Futbol üzrə Argentina milli komandasına rəhbərlik edən Lionel Skaloni Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2022-ci ilin ən yaxşı məşqçisi seçilib.

Parisdə keçirilən mərasimdə ilk üçlüyə İspaniyanın “Real” klubunun italiyalı çalışdırıcısı Karlo Ançelotti və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola da daxil olub.

Qeyd edək ki, Lionel Skaloni rəhbərliyi altında 2022-ci ildə Argentina millisi 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.

Xəbər 207 dəfə oxundu.