AFFA “Neftçi”nin şikayətini təmin etməyib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən “Neftçi” klubunun şikayətini təmin etməyib.

İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Oruc Məmmədov (4 oyun) və baş məşqçisi İlyas Qurbanova (5 oyun) verdiyi cəzalar qüvvədə saxlanılıb.

AFFA Region Liqasında mübarizə aparan "Difai" klubuna verilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası isə ləğv edilib.

Xəbər 241 dəfə oxundu.