“Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Gökhan Töre ilə yollarını ayırıb | |
“Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Gökhan Töre ilə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Cari mövsümün əvvəlində Adana klubu ilə müqavilə bağlayan futbolçu 5 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə yığmasının sabiq üzvü “Hamburq”, “Rubin, “Beşiktaş”, “Vest Hem” və “Yeni Malatyaspor”da da oynayıb. |
|
Xəbər 166 dəfə oxundu. |
|
|