Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar
AFFA-nın inzibati binasında FIFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.

Fevralın 22-dək davam edəcək seminar FIFA təlimatçısı Perri Qautier tərəfindən aparılır.

Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir.

Mübadilə proqramı əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Yüksək Liqanın XIV turunun “Alyans” – U-19 oyununa təyinat alıblar.

Xəbər 169 dəfə oxundu.