Yığmamızın futbolçusu karyerasını Koreya Respublikasında davam etdirəcək
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk karyerasını Koreya Respublikasında davam etdirəcək.

Polşanın “Visla” (Plotsk) klubundan ayrılan 25 yaşlı müdafiəçi “Tecon Xana Sitizen” komandasının formasını geyinəcək.

Klub oyunçu üçün “Visla”ya 600 min avro ödəyəcək.

Qeyd edək ki, A.Krivotsyuk 2021-ci ilin yayında “Neftçi”dən Plotsk təmsilçisi “Visla”ya 70 min avro qarşılığında keçib.

Xəbər 192 dəfə oxundu.