Dünya çempionatında yeni rekord qeydə alınıb
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında yeni rekord qeydə alınıb. Fransa millisi ilə yarımfinal oyununun 31-ci dəqiqəsində ilk qolu buraxan afrikalılar mundiallar tarixinin ən uzun quru seriyasına imza atıb.

Belə ki, Qana yığması 372 dəqiqədən sonra qapısında qol görüb. Bu isə DÇ-2010 və DÇ-2012-də üst-üstə 364 dəqiqə qol buraxmayan Yaponiyanın rekordundan 8 dəqiqə çoxdur.

Xəbər 817 dəfə oxundu.