Qazaxıstanlı gimnast Daniel Mussabayev dünya kuboku yarışlarında birinci olub
Qazaxıstan təmsilçisi Daniel Mussabayev Milli Gimnastika Arenasında keçirilən dünya kuboku turnirində kişi batutçuların fərdi yarışında birinci olub.

Yarımfinalda Qazaxıstan təmsilçisinin çıxışı hakimlər tərəfindən 59,240 xalla qiymətləndirilib. İspaniyalı Xorxe Martin 58,530 xalla gümüş medal qazanıb. Fransalı Allan Morante 58,270 xalla yarışı üçüncü pillədə başa vurub.

Xatırladaq ki, D.Mussabayev ötən il Bakıda təşkil olunan dünya kuboku yarışlarında bürünc medala sahib çıxmışdı.

Xəbər 202 dəfə oxundu.