Bu gün futzal üzrə UEFA kubokunun elit-raunduna start veriləcək
Bu gün futzal üzrə UEFA kubokunun elit-raunduna start veriləcək. A qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” Sloveniyanın “Litija” klubu ilə görüşəcək.

Qrup oyunlarına ev sahibliyi edən komanda ilə üz-üzə gələn Joze Alesio da Silvanın yetirmələri turnirin favoriti “Barselona” ilə oyuna startdakı qələbə ilə yollanmaq əzmindədir. Meydan sahiblərini udacağı halda “Araz” ispaniyalılarla matça da yüksək əhval-ruhiyyədə çıxa bilər.

Qrupdan yalnız 1 komandanın “Dördlər finalı”na çıxacağını nəzərə alsaq, Sloveniyadakı turnirin açılış matçı da maraq doğurur. Həmin qarşılaşmada “Araz”ın növbəti rəqibləri “Barselona” ilə “Split” görüşəcək.

10 oktyabr
21:00. “Barselona” – “Split”
23:30. “Litija” – “Araz”

Xəbər 864 dəfə oxundu.