Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirini 4 medalla başa vurdular | |
İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər. Yarışın ilk günündə -66 kiloqram çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib. Turnirin sonuncu günündə -90 kiloqram çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kiloqram çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kiloqram çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib. Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub. |
|
Xəbər 207 dəfə oxundu. |
|
|