Kadidiatu Diani Azərbaycanda tarix yazıb
Fransanın 17 yaşadək qızlardan ibarət yığma komandasının futbolçusu Kadidiatu Diani Azərbaycanda tarix yazıb. Hücumçu ölkəmizə keçirilən dünya çempionatında 2008-ci ildən təşkil olunan turnirin tarixində yubiley – 350-ci qolun müəllifi olub. O, bunu 8-ci km qəsəbə stadionunda Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri yarımfinal oyununun 1-ci hissəsində ilk qolu vurmaqla reallaşdırıb.

Fasilədən sonra daha bir dəfə fərqlənən Diani bununla dünya çempionatının yarımfinalında dubl edən ilk futbolçu kimi də tarixə düşüb. O, eyni zamanda qollarını sayını 5-ə çatdırmaqla, hazırkı final mərhələsinin bombardirlərindən olan komanda yoldaşı Li Deklerqi də qabaqlaya bilib.

Xəbər 1369 dəfə oxundu.