Olimpiya Oyunları, Olimpiya proqramına daxil olan idman növləri üzrə dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin təqdim olunmuş cədvələ müvafiq olaraq mükafatlandırılması barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin (əlavə olunur).
2. Qeyri-olimpiya proqramı üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması Gənclər və İdman Nazirliyinin daxili imkanları hesabına həyata keçirilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, mükafatların respublika büdcəsində “Bədən tərbiyəsi və İdman” bölməsi üzrə nəzərdə tutulan vəsait hesabına ödənilməsini təmin etsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 174 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.

A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
№ 057; 24.03.2000-ci il

Xəbər 2778 dəfə oxundu.