Dünya çempionatında finala yüksələn Fransa yığması ilkə imza atıb
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında finala yüksələn Fransa yığması ilkə imza atıb. Onlar mundiallar tarixinə finala çıxan 1-ci Avropa təmsilçisi kimi düşüb. Belə ki, 2008-ci ildə Yeni Zelandiya, 2010-cu ildə Trinidad və tobaqodakı çempionatlarda “Köhnə qitə” təmsilçiləri həlledici oyuna həsrət qalmışdı.

4 il əvvəl finalda KXDR və ABŞ, 2010-cu ildə isə Cənubi Koreya və Yaponiya üz-üzə gəlmişdi. Koreyalıların finala çıxmaq ənənəsini davam etdirib. Belə ki, 2 dəfə KXDR, 1 dəfə isə Cənubi Koreya finala yüksəlib. Əvvəlki finallarda koreyalıların qarşısına çıxan olmayıb.

Xəbər 1016 dəfə oxundu.