Uyfaluşinin dönüşü fevralda olacaq
«Qalatasaray»da baş məşqçi Fateh Terimdən icazə alaraq ölkəsində müalicə görməyə gedən çex müdafiəçi Tomas Uyfaluşi, bərpa olunduğu mərkəzin çıxışında Çex Respublikasının məşhur idman qəzetlərindən olan «Sport»a müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 3 həftə əvvəl əməliyyat keçirən və gündə 2 saat yarım bərpa keçən Uyfaluşinın meydana dönüşünün gözləniləndən daha erkən ola biləcəyi müjdəsi verilib. Bununla belə taleyüklü bir bir qərarın qarşısında olan oyunçu futbolu buraxmasıyla davam etməsi arasında əhəmiyyətli bir seçimini etməlidir.

Uyfaluşinin geri dönüşü mart ayına düşünülürdü. Ancaq bərpa müddəti bu şəkildə davam etsə, Uyfaluşinin dönüşü fevralda reallaşa bilər. Yenə də bu vəziyyətdən xoşbəxt olmayan çex ulduz belə danışıb:

«Zədə almadan əvvəl 6 ildir ən az 45 matç oynayırdım. Bu zədə bir az da bədənimdə yorğunluğa səbəb ola bilər. Yenə də çox yersiz bir zamanda zədə aldım. Bu yaşlarda müqavilənin son ilindəsənsə və o ili tamamilə zədəli keçirirsənsə, işin çətin olacaq. Mən də müqaviləni uzatma ilində bu zədəni yaşadım. Yanvar ayına qədər oynaya bilməzsəm, bu şansı itirəcəyəm. Ancaq, mən bunu beynimə salmıram. Bir daha futbol oynamamaq ehtimalına alışdım».

Hər səhər Vısokanidəki bərpa klinikasına getdiyini söyləyən Uyfaluşi sözünə bu şəkildə son verib: «2 saat yarım bərpa keçirirəm. Fizioterapevt nəzarətində məşqlər edirəm və ondan sonra limfomassaj tətbiq olunur».
«Eskişehirspor»la matçın ardından «Qalatasaray»ın baş məşqçisi Fateh Terim Tomas Uyfaluşiyə ehtiyaclarının olduğunu söyləmişdi.

Xəbər 1003 dəfə oxundu.