«Elazığspor»dan Aleksə transfer təklifi
Türkiyə Superliqası təmsilçilərindən «Elazığspor» «Fənərbağça» ilə yolları ayrılan braziliyalı Aleksə transfer təklifi verib. İdman.com.az saytının məlumatına görə, klubun baş meneceri Özgür Öztürk Aleks de Souzaya transfer təklifi verdiklərini söyləyib.

Alekslə çərşənbə, cümə axşamı və cümə günü görüşdüyünü deyən Öztürk «Aleksə «Elazığspor»da olmasını arzu etdiyimizi söylədik. Aleks bu təklif üçün təşəkkür etdi. Daha çox ölkəsində oynamağı düşündüyünü söylədi. Ailəsinin də Braziliyaya dönməyi istədiyini dedi. Bizdən düşünmək üçün vaxt istədi» deyib.

Xəbər 885 dəfə oxundu.