Mira Qoluboviç: Hədəfimiz çempionluqdur - MÜSAHİBƏ
Azərbaycan çempionu “Rabitə” oktyabrın 13-19-da Qətərin paytaxtı Dohada dünya çempionatına qatılacaq. İdman.com.az saytının məlumatına görə, mundialın son qalibinin kapitanı Mira Qoluboviç KİV nümayəndələri ilə görüşdə titullarını qorumağa çalışacaqlarını deyib.

- Dünya çempionatı sizin kapitan kimi ilk rəsmi yarışınız olacaq. Bu barədə təəssüratlarınız necədir?
- Komandamız ulduzlardan təşkil olunub, hamı təcrübəlidir. Bunun üçün heyətimizdə hər bir oyunçuya kapitanlıq sarğısı etibar edilə bilərdi. Bu, mənə həvalə olunduğundan böyük şərəf, həmçinin ciddi məsuliyyətdir. Çalışacağam ki, əlimdən gələni edib, komandamızın etimadını doğruldam.

- Dünya çempionatına hazırlıq nə səviyyədədir?
- Yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bu da yarışın mövsümün startında başlaması ilə əlaqədardır. Lakin hamımız səylə çalışıb, bizə bəslənilən ümidləri doğrultmağa çalışacağıq.

- Dünya çempionatında ardıcıl 2 dəfə qalib adını qazanan klub olmayıb. Necə fikirləşirsiz, titulunuzu qoruya biləcəksizmi?
- Düşünürəm ki, eyni hədəfə vurmaq lazımdır. Hər şey yaxşıdır və bunu oyunumuzla göstərəcəyik.

- Amma proqnoz vermədiz...
- Mən əvvəlcədən proqnoz verməyi xoşlamıram. Güclü yarışdır, buraya hər qitənin ən yaxşısı gəlir. Klubumuzda hamı qalib gəlməyi qarşımıza məqsəd qoymuşuq və hədəfimiz çempionluq olduğundan meydanda bütün gücümüzü ortaya qoyacağıq.

Xəbər 958 dəfə oxundu.