Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak edirlər
Göygöl Olimpiya İdman Kompleksində qadın cüdoçulardan ibarət yığma komandamızın təlim-məşq toplanışı keçirilir.

Yığmamızın 24 üzvünün iştirak etdiyi hazırlıq prosesi fevralın 17-dək davam edəcək.

Təlim-məşq toplanışının keçirilməsində məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməkdir.

İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edirlər.

Xəbər 260 dəfə oxundu.