Bakıda Beynəlxalq Olimpiya elmi konfransı keçirilib
Oktyabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında «İdman ili»nə həsr olunmuş Beynəlxalq Olimpiya elmi konfransı start götürüb.

Tədbirdə giriş sözü ilə çıxış edən ADBTİA-nın rektoru professor Ağacan Abiyev Azərbaycanda, digər sahələrdə olduğu kimi, idmanda da yüksək sürət və inkişafın baş verdyini qeyd etdi və Olimpiya ilində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyətini vurğuladı.

Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İdman ilində, MOK-un 20 illik yubileyi ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını bildirdi.

Almaniya İdman Universitetinin professoru Manfred Lammer «Qədim Olimpiya oyunları və müasir Olimpiya ideyaları» mövzusunda məruzə etdi.

Sonra isə AzDBTİA-nın rektoru Ağacan Abiyev «Pyer de Kuberten Olimpizmi» mövzusunda çıxış etdi.

Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirir. Bölmə iclaslarında «Olimpiya oyunlarına hazırlığın nəzəriyyəsi və metodikasında innovasiyaların tətbiqi», «Müasir Olimpiya oyunlarının e. ə. keçirilən Olimpiya oyunları ilə müqayisəli təhlili», «Müasir Olimpiya hərəkatının fəlsəfi aspektləri və gənclərin olimpiya təhsili kütləvi idman hərəkatının inkişafının əsas istiqamətidir», «Bədən tərbiyəsi və idman insan orqanizminin funksional sistemdə hormonik inkişafın və stressin sabitləşdirilməsində əsas vasitədir» kimi mövzular ətrafında məruzə və çıxışlar dinlənilir.

Konfrans öz işini sabah yekunlaşdıracaq.


Xəbər 1571 dəfə oxundu.